Fevralın 3-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XI turu çərçivəsində bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Lokomotiv” komandası “Telekom” klubu ilə qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Lokomotiv” komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabında 27 xal olan “Azərreyl” turnir cədvəlinin birinci pilləsinə yer alıb. “Telekom” komandası 26 xalla ikinci, “Lokomotiv” isə 25 xalla üçüncü pillədə qərarlaşıb.

Turnir Cədvəli

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın