Mart Ayının Sonunda On Milyonuncu Azərbaycan Vətəndaşı Doğulacaq

Azərbaycanın on milyonuncu vətəndaşının bu ilin martın ayının sonu, aprelin əvvəlində doğulacağını gözlənilir. Ümumilikdə, əhalinin təbii artım tempində azalma izlənilir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, əhalinin artım tempinin araşdırılması ilə bağlı uyğun qurumlar bir araya gələcəklər:

“Ədliyyə, Səhiyyə Nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesləri izləyirik. Son bir neçə ildə doğum sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir.

2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 təşkil edirdi. Bu il keçiriləcək əhalinin siyahıya alınmasında bu rəqəm daha dəqiq göstəriləcək”, – deyə Komitə başçısı bildirib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Mart Ayının Sonunda On Milyonuncu Azərbaycan Vətəndaşı Doğulacaq” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir