Azərbaycanın on milyonuncu vətəndaşının bu ilin martın ayının sonu, aprelin əvvəlində doğulacağını gözlənilir. Ümumilikdə, əhalinin təbii artım tempində azalma izlənilir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, əhalinin artım tempinin araşdırılması ilə bağlı uyğun qurumlar bir araya gələcəklər:

“Ədliyyə, Səhiyyə Nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu prosesləri izləyirik. Son bir neçə ildə doğum sayında azalmalar müşahidə edilir. Bunu bizim statistik məlumatlar da təsdiqləyir.

2009-cu ildə keçirilmiş əhalinin son siyahıya alınmasında Azərbaycanda ailənin orta tərkibi 4,7 təşkil edirdi. Bu il keçiriləcək əhalinin siyahıya alınmasında bu rəqəm daha dəqiq göstəriləcək”, – deyə Komitə başçısı bildirib.

1 AÇIQLAMA

  1. Avropada insanların orta yaşamağı yüksəldiyi halda Azərbacanda geriyə gedirik. Sağlam cəmiyyət yetişdirmək, insanların sağlamlığını gücləndirmək say olaraq artırmaqdan daha önəmlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın