Avropa Birliyi (AB) Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin çözümü ilə bağlı barış anlaşmasını görmək istəyir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Report-a istinadən bildirir ki, bunu Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə anlaşmanın əldə olunması insanlar arasında bağlantılar yolu ilə ola bilər.

Qarabağ probleminin həlli məsələsi ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladan Malena Mard AB və Azərbaycan arasında əlaqələrin yenidən qurulmasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Avropa Birliyi ilə Azərbaycan arasındakı alt komitələr artıq öz işini bərpa edir. AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri M.Mard oktyabr ayının ortalarında Azərbaycanla AB arasında ilk belə toplantının keçiriləcəyini deyib.

“Həmin görüşdən sonra sıradakı məsələlərlə bağlı danışmaq olar. “Avropa Şəhərciyi” layihəsində Avropa Birliyində üzv ölkələr geniş tərkibdə qoşulur. Bu, Avropa Birliyinin Azərbaycanla tərəfdaşlığı birbaşa davam etdirmək istəyində və qərarında olduğunu göstərir. Azərbaycanla güclü tərəfdaşlığımıza davam etməklə yanaşı, istər islahatların aparılması, istər təhsil sahəsində uyğun mübadilə proqramlarının həyata keçirilməsi sahəsində münasibətlərimizi daha da gücləndirmək istəyirik”, – deyə xanım diplomat qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın