Gürcüstan lideri Qeorqi Marqvelaşvili qiyabı olaraq ölkəsində mühakimə olunan Mixail Saakaşvilini bağışlamağı düşünmür.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “RİA Novosti”yə istinadən bildirir ki, Gürcüstan prezidenti bununla bağlı “Rustavi-2” teleşirkətinə verdiyi müsahibədə bildirib.

“Mən hansı məntiqə görə Saakaşvilini əfv etməliyəm? Prokurorluq ittihamı hansı şəkildə irəli sürəcəyini, istintaqı hansı şəkildə aparacağını qərarlaşdıra bilmir, hakimlər əfvlə bağlı qanunvericilikdən qanunsuz istifadənin sərhədlərini müəyyən edə bilmir. İndi elə çıxır, Gürcüstan prezidenti bağışlamalı və bununla onların səhvini düzəltməlidir?”, – deyə Marqvelaşvili özündən çıxıb.

“Əfv etmə – məhkəmə səhvinin düzəlişi deyil, daha çox bir şəfqət aktıdır. Sizcə, bu cür reallığın qarşısında Mixail Saakaşvilliyə qarşı müsbət emosiya bəsləyə bilərəm?”, – deyə prezident bildirib.

Gürcüstanın dövlət başçısı keçmiş həmkarını prokurorluq və məhkəmələrin köhnə ənənələrlə işləyən indiki ədliyyə sisteminin yaradılmasında günahkar bilib. Marqvelaşvilinin sözlərinə görə, hakimiyyət bu cür sistemin kökünü kəsməkdə gücsüzdür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın