Dünya erməniləri Fransada növbəti dəfə rüsvay oldular

Son həftənin dünya erməniləri üçün “uğursuz həftə” olduğunu demək bu barədə heç nə deməmək kimidir. Son həftə dünya erməniləri üçün əsl fəlakət olub!

Əvvəlcə, yanvarın 20-də Fransa Konstitusiya Şurası “Gayssot Act” qanununun (Holokostun inkar edilməsinin kriminallaşdırılması barədə qanunun) guya “söz azadlığını boğan” bir sənəd kimi tanınması barədə bu ölkənin erməni təşkilatlarının qaldırdığı iddianı rədd edib. Fransa Femidası Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) çıxardığı nəticəni bir daha təsdiqləyib ki, Holokost faktı və qondarma “1915-ci il soyqırımı” barədə fikir müxtəlif məsələlərdir və onların inkar edilməsinə fərqli münasibət tələb olunur. Holokost məhkəmə qaydasında müəyyən edilmiş soyqırımı faktıdır. Buna görə də onun inkar edilməsi kriminallaşdırılıb. 1915-ci ildə Şərqi Anadoluda baş vermiş hadisələrin müxtəlif və ziddiyyətli yozumları isə rəylər spektridir və bu rəylərin sərbəst şəkildə söylənilməsi Avropa İnsan Haqları Konvensiyasının “İfadə azadlığı” adlı 10-cu maddəsi ilə təmin edilib. Sadə dildə desək, “erməni soyqırımı” fakt deyil. Bu mənada Fransa Konstitusiya Şurasının mövqeyi AİHM-in qəti verdiktinə tamamilə uyğundur.

Altı gün sonra elə həmin Fransanın Strasburq şəhərində (yeri gəlmişkən, Amal Kluninin uğursuz komandası AİHM-də məğlubiyyət acısını məhz bu şəhərdə dadmalı olub) ermənilərin burnuna növbəti ağrıdıcı zərbə dəydi. Avropa Şurası Parlament Assambleyası (AŞPA) bosniyalı deputat Melitsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının qəsdən sudan məhrum edilməsi” adlı məruzəsi üzrə 2085 (2016) nömrəli qətnamə qəbul etdi (bax: azertag.az/ru/xeber/921919). Bu sənədin 4-cü bəndində “Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik digər ərazilərinin işğal edilməsindən” bəhs olunur, 6-cı bənddə isə təsdiqlənir ki, Sərsəng su anbarı “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində” yerləşir. Sənədin 7.1-ci bəndində Ermənistandan öz silahlı qüvvələrinin göstərilən regiondan çıxarılması tələb olunur, 8-ci bənddə isə Ermənistan parlamentinin nümayəndə heyətini bu məsələdə AŞPA ilə lazımınca əməkdaşlıq etməməsi pislənilir.

İstər Ermənistan parlamentinin yüksək vəzifəli nümayəndələrinin Avropa paytaxtlarına səfərləri, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı, hətta AŞPA-nın bizə dost olan deputatlarının verdiyi məlumata görə, onların erməni həmkarlarının həmin qətnamənin “əleyhinə” səs verməyə görə 1000 avrodan 5000 avroya qədər pul təklif etmələri bu sənədin qəbul edilməsinin qarşısını ala bilməyib. Amma ermənilərin bütün bu “resursları” başqa bir sənədin – britaniyalı deputat Uolterin məruzəsinə dair qətnamənin qəbul edilməsinin qarşısını almaq üçün kifayət edib. Lakin Assambleya tərəfindən Sərsəng su anbarına dair qəbul edilmiş ikinci qətnamədə bizim üçün zəruri olan və erməniləri dəhşətə gətirən Uolter qətnaməsinin bütün ifadələrini faktiki olaraq təkrarlanmasını nəzərə alsaq, yalnız bunu demək lazımdır ki, bizim üçün gərəkli ifadələrin təsbit edildiyi qətnamənin AŞPA sənədləri sırasına daxil edilməsinin qarşısını almaq üçün Yerevanın göstərdiyi bütün səylər hədər olub. Azərbaycan üçün bu iki qətnamədən birinin qəbul edilməsi vacib idi. Bakının seçdiyi taktika çox gözəl nəticə verdi – oxşar şəkildə dürüst ifadə edildiyi iki məruzə irəli sürüldü və onlardan biri – başlığı daha sərrast olan sənəd ön plana çəkilərək bütün zərbəni öz üzərinə qəbul etdi və ikinci, faktiki olaraq mühüm terminoloji elementlərin təkrarlandığı ehtiyat sənəd qəbul edildi. Bu incə taktiki gediş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal olunmasından bəhs edilən və Ermənistanın öz qoşunlarını bölgədən dərhal çıxarması tələb edilən növbəti qətnamənin qəbul edilməsi ilə nəticələndi. Bu, Azərbaycanın daha bir uğurudur. Belə sənədlərin sayının iki deyil, bir olmasına gəldikdə isə, Allah xatirinə, qoy belə olsun. 1:0 hesabı da qələbədir, 2:0 hesabı da. Bizim üçün əhəmiyyətlisi odur ki, ermənilər Sərsəng su anbarına dair qətnamə şəklində qolu öz qapılarından buraxdılar, lakin anti-Azərbaycan ruhlu qətnamə şəklində cavab qolu vura bilmədilər. Əslində vacib olan məqam budur. Belə çıxır ki, həmsədrlər də nahaq yerə vurnuxurlarmış.

Linkə istinad etməklə Fransa Konstitusiya Şurasının qərarı ilə, AŞPA-nın saytında isə Assambleyanın həmişəlik tarixə düşmüş 2085 (2016) nömrəli qətnaməsi ilə tanış ola bilərsiniz: http://assembly.coe.int/nw/xml/XRef/X2H-Xref-ViewPDF.asp?FileID=22429&lang=en.

Beləliklə, bu il ermənilər üçün uğursuz başlanıb…

AzərTac-ın xüsusi müxbiri Vüqar Seyidov
Berlin, 27.01.2016

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir