Azərbaycanlı iş adamı Türkiyədə 5 ulduzlu otel açdı

Azərbaycanlı iş adamı Türkiyədə 5 ulduzlu otel açıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Rauf Məmmədov adlı iş adamının oteli qonşu ölkənin ən turistik bölgəsi olan Kəmərdədir.
Otel əsasən mühafizəkar həyat tərzi ilə seçilənlərə və İslam ölkələrindən olan turistlərə xidmət edəcək.

Tac’ün Nisa Resort” Kəmərin ən böyük oteli adını qazanıb. 36 min kvadrat metr ərazidə qurulan otelin 7 min kvadrat metr ərazisi qadınlar üçün ayrılıb. Belə ki, onlar bu ərazidə rahat şəkildə tətil edə, dənizə girə biləcəklər. İş adamı Türkiyədə sərmayə qoymasından çox məmnun olduğunu deyib: “Türkiyədə böhran olması ilə bağlı deyilənlərə inanmıram. Qonşu ölkələrə baxanda Türkiyə gül bağçasıdır.  Bunu bizim kimi iş adamları kənardan daha yaxşı görür. İki müəssisə ilə danışıqlarımız davam edir. İnşallah, ən yaxın zamanda onları da öz şirkətimizə qatmaq istəyirik”.

Azərbaycanlı iş adamının Kəmərdə açdığı otel

Azərbaycanlı iş adamının Kəmərdə açdığı otel
Rauf Məmmədovun oteli

Rauf Məmmədovun oteli

Bundan öncə də Rusiyada yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov – AST Telman Antalyada dəbdəbəli otel açıb. Dünyanın ən lüks otellərindən biri hesab edilən “Mardan Palace”in açılışı 2009-cu ildə baş tutub.

Azərbaycanlı milyarderin oteli “Mardan Palace” 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Beluççi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı.

Lakin ciddi maliyyə problemləri yaşayan iş adamı otelini itirib. Belə ki, ötən ilin payızında hərrac yolu ilə “Halk Bank“a satılıb.

AST Telmanın inşa etdirdiyi "Mardan Palace"

AST Telmanın inşa etdirdiyi “Mardan Palace”

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir