“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən XXIII Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın özəl çağırışı ilə qoşulublar.

XXIII Dünya Enerji Konqresi
XXIII Dünya Enerji Konqresi (İstanbul, Türkiyə)

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Öncə Konqresə qoşulanlar  iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların anısını bir dəqiqəlik sükutla yad etdilər.

Konqresin açılışında Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid Kim çıxış edərək bu mötəbər toplantının önəmli olmasından danışdı. O, 100-dən çox ölkəni və 3 mindən çox qurumu birləşdirən Dünya Enerji Şurasının enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək baxımından işini vurğuladı. Hökumətlər, sənaye sektoru və toplumlar üçün tarixi bir fürsət olan bu Konqresin indi dünyada yeni başlayan sənaye erasına bir qatqı olacağını diqqətə çatdırdı, burada verilən mesajların gələcək üçün “yol xəritəsi” olacağını bildirdi. Y.D.Kim yeni nəsil enerji qaynaqlarının tapılmasının və bərpa olunan enerji qaynaqların işlədilməsinin indi qarşıda duran başlıca hədəflərdən olduğunu dedi.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ölkəsinin bu önəmli Konqresə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək, çağdaş dövrdə enerjinin dünya gündəminin ən aktual məsələlərindən olduğunu bildirdi. B.Albayrak Türkiyənin dünya enerji siyasətində rolu və regional baxımdan bu sahənin güvənlik sektoruna təsirindən danışdı, bölgədə həyata keçirilən enerji layihələrinin regionda sülhün əldə edilməsi üçün önəmli fürsət olduğunu bildirdi. Nazir dünyada təmiz enerji qaynaqları ilə yanaşı, enerji daşıyıcılarının güvənli şəkildə qaşınmasının da başlıca önəm daşıdığını vurğuladı.

Türkiyənin Baş naziri Binəli Yıldırım Konqres çərçivəsində keçiriləcək 60-dan çox sessiyada enerji sahəsində aktual məsələlərlə bağlı faydalı danışıqların aparılacağını bildirdi. Baş nazir dünyada enerji qaynaqlarının budaqlandırılmasının, enerji məhsullarının güvənli daşınmasının önəmini qeyd etdi. Türkiyənin enerji sahəsində həyata keçirdiyi və qoşulduğu layihələrdən danışan Binəli Yıldırım Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bu baxımdan önəmini özəl olaraq vurğuladı. Baş nazir Azərbaycanın və Türkiyənin başlıca rol oynadıqları “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyi baxımından önəmindən danışdı, bir neçə parçası olan bu layihənin bütün komponentləri üzrə işlərin uğurla sürdürüldüyünü bildirdi.

Sonra “İstanbul: mədəniyyətlərin beşiyi” adlı bədii kompozisiya göstərildi.

Şimali Kipr xalqının lideri Mustafa Akıncı çıxışında alternativ enerji qaynaqlarının önəmindən danışdı, regional enerji layihələrinin bölgədə sabitliyin əldə olunmasına və iqtisadi inkişafın təmin edilməsinə təkan verəcəyini diqqətə çatdırdı.

Venesuela Prezidenti Nikolas Maduro bu toplantının önəmini vurğulayaraq enerji sektorunda böyük dəyişikliklərin olduğu bir dövrdə alternativ enerji qaynaqlarının yaradılması sahəsində çoxlu yeniliklərin baş verdiyini vurğuladı. Enerji siyasətinin Venesuelanın iqtisadi inkişafına təsirindən danışan Nikolas Maduro XXI əsrdə enerji qaynaqlarının müxtəlifliyinin təmin edilməsinin qarşıda duran ön məsələ olduğunu bildirdi. Hazırda neft sektorunda tətbiq olunan yeni qiymətlərin bir növ təzyiq xarakteri daşıdığını deyən Nikolas Maduro uzun müddətdir davam edən bu durumun ölkələrin iqtisadi inkişafına pis təsir göstərdiyini vurğuladı, neft bazarının sabitliyə qovuşması yolunda iş görməyin önəmliyini bildirdi. Venesuela Prezidenti OPEC üzvü olan və olmayan ölkələrin dövlət başçıları ilə görüşündə də vurğuladığı kimi, daha faydalı qiymətlər üçün yeni mexanizmin yaradılmasına kəskin gərək olduğunu dedi.

Azərbaycan Prezidenti İlham Əliyev XXIII Dünya Enerji Konqresində çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev XXIII Dünya Enerji Konqresində çıxış etdi

Prezident İlham Əliyevin XXIII Dünya Enerji Konqresində çıxışı

-Sayğıdəyər xanımlar və bəylər.

Doğma yoldaşlar.

Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar olaydır. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona yoldaş olan ölkələrə, bütün dünyaya gərəkdir. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır.

Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Təyyub Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək, çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə öyünürük.

Biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə birlikdə icra edirik və bu enerji layihələri dünya üçün böyük önəm daşıyır. Onu deməliyəm ki, dünyanın neft tarixi Bakıdan başlayır. XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə ilk neft çıxarıldı. Ondan yüz il sonra ilk dəfə dənizdə neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır. Müstəqilliyimizin ilk illərində Azərbaycan ilk dəfə olaraq xarici neft şirkətlərini Xəzər dənizinə çağırmış, “Əsrin kontraktı” imzalanmış, “Azəri-Çıraq-Günəşli” neft yataqları işə düşmüşdür. Bu yataqlar dünya miqyasında ən böyük neft qaynaqlarından biridir və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafı başlamışdır.

Biz bu ay müstəqilliyimizin bərpasının 25-ci ildönümünü keçirəcəyik. Bizim müstəqil ölkəmizin inkişafında enerji sektoru başlıca rol oynamışdır.

Azərbaycan açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir. Buna görə mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var – ikisi bizim neftimizi Qara dənizə, biri isə Aralıq dənizinə – Ceyhan limanına gətirir. İlk dəfə olaraq tarixdə biz Xəzər dənizini Aralıq dənizi ilə bağladıq və bu gün Azərbaycan nefti həm Türkiyəyə, Türkiyətorpaqlarından isə dünya bazarlarına daşınır. Bu, bizə çox böyük gəlir gətirir. Bakı-Tbilisi-Ceyhan boru xəttini əziz qardaşım, sayğılı Prezident Ərdoğanla birlikdə 2006-cı ildə açdığımız andan bu günə qədər ötən 10 ilə Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində və başqa sahələrdə əlaqələr daha da möhkəmlənib. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlamışdır. Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracına başladıq.

Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Dünyanın ən böyük qaz yataqlarından biri – “Şahdəniz” Azərbaycanda yerləşir. Bütün bunları nəzərə alaraq mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər. Ancaq bu səylərin heç bir nəticəsi olmamışdır. Yenə də Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və 2012-ci ildə bu gözəl İstanbul şəhərimizdə əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP anlaşması imzalanmışdır.

TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, başqa önəmli layihələrə təkan verdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin bir parçasıdır. “Cənub” qaz dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir. “Cənub” qaz dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət dördüncüsü, “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir.

Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla yerinə yetirilir. Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını başqa-başqa yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır.

“Cənub” qaz dəhlizinin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftlə, qazla bağlı idi. Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir.

Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu, bizim birliyimizi gücləndirir.

Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq.

Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə “Böyük 20”-lərin üzvüdür. Türkiyə-Azərbaycan əlaqələrini bir faktla əsaslandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, “Böyük 20”-lərin keçən il noyabr ayında Antalyadakı zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və o, Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram.

Mən dördüncü dəfədir ki, bu il Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır. Sağ olun.


İstanbulda XXIII Dünya Enerji Konqresi işə başlayıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünya enerji siyasətinin inkişafına qulluq edən bu Konqresin uğurlu olacağına əminliyini bildirdi. Prezident Vladimir Putin neftin qiyməti ilə bağlı məsələyə toxunaraq mövcud durumun son 25 ildə bu sahədə ən aşağı sərmayə qoyuluşuna, yeni yataqların aşkarlanması və bir çox layihələrin icrasının kütləvi surətdə dayandırılmasına səbəb olduğunu diqqətə çatdırdı. “Mövcud şəraitdə neftin bazar mexanizmlərinin pozulması halı baş verib”, – deyən Rusiya Prezidenti vurğuladı ki, ölkəsi neft hasilatını azaltmağa hazırdır və başqa hasilatçıları da buna səsləyir. OPEC-ə qoşulan ölkələrin noyabrda keçiriləcək toplantısında bu məsələyə aydınlıq gətiriləcəyinə, bu toplantının spekulyasiyaların qarşısını alacağına əminliyini bildirən Vladimir Putin dünya enerji təhlükəsizliyi siyasətinin əlaqələndirilməsinin, bu məsələdə bir çox ölkələrin öz müttəfiqlərinin mənafelərini düşünməsinin önəmliyini vurğuladı. “Rusiya yeni yataqların tapılmasına və bu sahədə yeni sərmayələrin qoyulmasına davam edəcək”, – deyən Prezident V.Putin ölkəsinin Türkiyə və Çinlə enerji sahəsində əlaqələrin inkişafına qulluq edəcək layihələrindən də danışdı.

“Enerji problemi həll olunmadan sərmayədən və inkişafdan söhbət gedə bilməz”. Bu sözləri isə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan dedi. O, Türkiyənin Yaxın Şərq və Xəzər hövzəsi də olmaqla dünya enerji qaynaqlarının üçdə ikisinin olduğu bölgədə yerləşdiyini bildirərək həmin ehtiyatların dünya bazarına çatdırılmasında ölkəsinin önəmli rol oynadığını söylədi.

“Əsasən Azərbaycan nefti olmaqla, Xəzər neftinin Ceyhan limanına daşınmasını təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəmərini də həyata keçirmişik. Eyni zamanda Azərbaycanla birlikdə reallaşdırdığımız “Cənub Qaz Dəhlizi”nin əsasını təşkil edən TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsini inşa edirik. TANAP və bu layihənin davamı olacaq Trans-Adriatik – TAP boru kəməri ilə Azərbaycanın təbii qazı Türkiyə ilə yanaşı, Avropa bazarlarına da çatdırılacaq”, – deyə Türkiyə Prezidenti bildirdi.

Prezident Rəcəb Təyyub Ərdoğan çıxışında iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının millətin qəhrəmanlığı sayəsində alındığını bildirdi, ölkəsinin terrora qarşı bundan sonra da əzmlə mübarizə aparacağını vurğuladı.

Dünya Enerji Şurasının ən mühüm tədbirlərindən olan Konqres enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilərək müəyyən edilməsi məqsədilə təşkil olunan ən mühüm beynəlxalq enerji toplantısıdır. Dünyanın bir nömrəli enerji platforması olan Konqres ilk dəfə 1924-cü ildə keçirilib. Üç ildən bir təşkil edilən Konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim edir.

XXIII  Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq qurumları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçiriləcək “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” mövzularında xüsusi sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər geniş danışıqlar aparacaqlar.

1923-cü ildə yaradılan Dünya Enerji Şurası bərpa olunan enerjinin gələcəyi ilə bağlı önəmli layihələr həyata keçirilən qlobal miqyaslı mötəbər forumdur. Dünya Enerji Şurasının 93 milli komitəsi aralarında bu sahədə ixtisaslaşmış qurumların da olduğu 3 mindən çox üzv qurumu təmsil edir. Şuranın başlıca vəzifəsi hamının rifahına qulluq edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.

İstanbul Konqresi işini oktyabrın 13-də başa çatdıracaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın