Tanınmış model Kendis Sveynpol (Candice Swanepoel) rol aldığı bir reklam kampaniyası üçün ağ atın belində fotosessiya çəkilişlərinə qoşuldu.

Victoria’s Secretin mələklərindən olan gözəlçə ağ atın belində bikini ilə çılpaq şəkillərini öz Instagram səhifəsində də paylaşdı.

27 yaşındakı Cənubi Afrikalı model Kendis Sveynpolun fotolarına “Çağdaş zamanların Leydi Qodivası” kimi bənzətmələr edildi.

Candice Swanepoel - Lady Godiva - ağ atlı çılpaq model gözəlçə qadın
Candice Swanepoel - Lady Godiva - ağ atlı çılpaq model gözəlçə qadınAğ atlı çılpaq gözəl model – Candice Swanepoel

Ledi Qodiva – Bir Qadının Üsyanı Haqqında Əfsanə

Leydi Qodiva (Lady Godiva) ingilis dilindən latınlaşmış söz kimi “Tanrının göndərdiyi qadın” anlamını verir.

Əfsanəyə görə, anqlosakson qrafinya (980-1067) Mersiya qrafı Leofrikin həyat yoldaşı olub. Ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir.

Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçərsə vergiləri azaldacağını bildirir. O əmin idi ki, bu Qodiva üçün ağır şərtdir. Amma Qodiva çılpaq soyunaraq ağ atın üzərində bütün şəhəri gəzir.

Onu çox sevən və sayğı bəsləyən şəhərin bütün sakinləri həmin gün evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.

Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə gözləri o an kor olmuşdur.

Candice Swanepoel - Lady Godiva - ağ atlı çılpaq model gözəlçə qadın
“Ledi Qodiva” (1898), rəssam Con Kolyer

Ledi Qodiva Əfsanəsi Gerçəkdir, Yoxsa İnsanların Uydurması

Yəqin ki, bu hadisə real hadisələrlə az bağlıdır. Leofrik və Qodivanın həyatı təfsilatı ilə İngiltərədə qorunub saxlanılmış salnamələrdə təsvir edilmişdir. Bilinir ki, 1040-ci ildə Leofrik benedikt monastrı tikdirmişdir. Leofrik monastr torpaqlarını bölərək bu torpaqları 24 kəndin himayəsinə vermişdir. Qodiva isə bu monastra çoxlu sayda qızıl, gümüş və qiymətli daşlar hədiyyə bağışlamışdır. Qraf Leofrik və Ledi Qodiva hər ikisi bu monastrda dəfn olunmuşdur.

Sonralar XIII əsrdə kral I Eduard bu əfsanə haqda həqiqəti öyrənmək qərarına gəlir. Salnamələrin tədqiqatı nəticəsində, Koventridə doğurdan da 1057-ci ildən başlayaraq vergilərin yığılmaması aydınlaşdırıldı. Amma bu müddətin 17 il olması əfsanədə təsvir edilən hadisələrin reallığına şübhə yaradır.

Koventrinin keçmiş kafedral kilsəsinin yaxınlığında at üstündə saçları yana tökülmüş Ledi Qodivanın heykəli ucaldılıb.

1678-ci ildə şəhərin sakinləri Ledi Qodivanın şərəfinə bu günə qədər də saxlanılan və hər il keçirilən festivalı qeyd etməyə başladılar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın