İran İslam Respublikasının son aylarda Suriyada hərbi varlığını artırması onu göstərir ki, Tehran düşmənləri ilə qaçılmaz qarşıdurmaya hazırlaşır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Oxu.az-a açıqlamasında tanınmış rusiyalı bloqer, siyasi analitik Denis Korkodinov deyib.

“Bu arada, İran düşmənlərinə qarşı Suriya müxalifətinin qüvvələrindən istifadə etməklə asimmetrik müharibə aparmağı bacarır. Tehran 1980-1988-ci ildə İraqla münaqişədən sonra heç bir müstəqil respublika ilə genişölçülü müharibədə iştirak etməyib.

Bunları nəzərə alaraq, ehtimal etmək olar ki, Suriya sərhədləri daxilində İran qüvvələri ilə istənilən döyüşdə İsrail qalib gələ bilər. Ancaq bu, Tehran və Təl-Əviv arasındakı münaqişədə yalnız iki dövlətin qüvvələrinin iştirakı zamanı baş verə bilər”, – ekspert qeyd edib.

Onun fikrincə, İsrail ordusunun 2006-cı ildə “Hizbullah”la toqquşması zamanı çox sayda raket arsenalı ələ keçirilib ki, bunlar da İsrailin istənilən hissəsinə atıla bilər.

“Livan İsrailin müdafiəsi üçün “Dəmir gümbəz” və “Atəş” kimi sistemləri təhvil verməkdən imtina edə bilər.

Buna görə də, İran-İsrail münaqişəsinin başlanması ilə Tehran Livanı tərəfdaşı kimi savaşa cəlb edə bilər, Tel-Əviv isə ilk cəhdlə Livandakı hərbi obyektləri yox etməyə çalışacaq”, – Korkodinov vurğulayıb.

O əlavə edib ki, İranın Suriyada raket qüvvələri ilə ciddi problemləri ola bilər, çünki ayətullah rejiminin İsrail hücumlarını qarşılaya biləcək heç bir vəsaiti yoxdur.

“İran Suriyada İsrailə qarşı durmaq üçün Rusiya Silahlı Qüvvələrindən çox asılıdır”, – deyə ekspert sözlərinə əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın