ABŞ-ın Nebraska Ştatında 28 May – Azərbaycanın Milli Günü Keçiriləcək

ABŞ-ın Nebraska ştatında qubernator Pit Rikets Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayaraq, 2018-ci ilin 28 May tarixini rəsmi olaraq, Azərbaycan Milli Günü elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytına Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır.

Eləcə də, bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.

Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, onun Sovetlər Birliyinin tərkibinə salındığı və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Vurğulanır ki, Azərbaycan son 25 il boyunca öz suverenlik və müstəqilliyini gücləndirib və indi Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə bu il 28 May tarixində ABŞ və dünyanın başqa yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin keçiriləcəyi və öz babalarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün qatqılarının yada salınacağı bildirilir.

Bəyannaməyi Nebraska ştatının dövlət katibi Con Qeyl də qol çəkib.

Yada salaq ki, bundan öncə Birləşmiş Ştatların Pitsburq şəhərinin meri Uilyam Peduto da 28 May – Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə bağlı rəsmi bəyanat verib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir