“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq və həyat yoldaşı Pristsilla Çan “Microsoft”un təsisçilərindən olan Bill Qeytsin xeyriyyə fondu ilə birlikdə koronavirus (COVID-19) pandemiyasının müalicəsi üçün dərmanların tapılmasına 25 milyon dollar ayıracaqlar. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bununla bağlı Zukerberq və Çan CBS telekanalına müsahibəsində bildiriblər.

“Bunu mümkün qədər tez başlamaq üçün biz Qeyts və başqaları ilə birlikdə 25 milyon dollar ayıracağıq”, – deyə Çan qeyd edib.

Zukerberq isə əlavə edib ki, tapılan dərman bir neçə xəstəliyin müalicəsində istifadə oluna bilər.

“Əslində təhlükəsiz hesab olunan mövcud preparatları götürərək, onların koronavirusa yoluxmanın qarşısını alıb-almadığını, ya da simptomları yüngülləşdirdiyini yoxlamaq olar”, – deyə “Facebook”un rəhbəri bildirib.

Öncəki xəbərÖlənlərin sayının artmasına baxmayaraq İsveç hökuməti koronavirusla mübarizədən imtina edir
Sonrakı xəbərZaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın