Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə koronavirusun (COVID-19) yayılması ilə bağlı xalqa müraciət etdi.

Strana.ua xəbər verir ki, koronavirus barədə o, “Facebook” hesabında video paylaşıb.

Ukrayna lideri Çernovçı şəhərində ilk sağalmış xəstə haqqında danışıb. O, koronavirus üçün təkrar test verən həmin şəxsin neqativ nəticə göstərdiyini deyib.

Zelenski eyni zamanda, ukraynalı mütəxəssislər tərəfindən koronavirusu müəyyən edən sınaq dəstinin hazırlandığını da bildirib.

O, xaricdən qayıdan 50 min ukraynalını yaxınlarına qayğı göstərərək özlərini təcrid etməyə çağırıb.

Öncəki xəbərTəhsil Müəssisələrində Tətil Aprelin 18-dək Uzadıldı
Sonrakı xəbərBəzi Dövlət Qurumlarında İşləyənlər Bir Aylıq Məzuniyyətə Göndərilir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın