Belçika paytaxtı Brüsseldə “Böyük yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) liderlərinin toplantısı keçirilib.

YALAN.info bildirir ki, toplantıda ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliya Baş naziri Mario Draqi, Kanada Baş naziri Castin Trüdo, Yaponiya Baş naziri Kişido Fumio, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və NATO Baş katibi Yens Stoltenberq iştirak edib.

Toplantıda əsas müzakirə mövzusu Ukraynadakı müharibə olub. Ölkə prezidenti Volodimir Zelenski də görüşə onlayn qatılıb. O, G7 ölkələrini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukrayna üçün təhlükəsizlik təminatları yaratmağa çağırıb.

Dövlət başçısı “Böyük Yeddilik” ölkələrindən Rusiyanın qlobal naviqasiya sistemindən (GPS) ayrılmasını, həmçinin bütün banklarının dünya maliyyə sistemindən təcrid edilməsini istəyib.

Звернення Володимира Зеленського до представників «Великої сімки».
KİMVolodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərBayden: Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ cavab verəcək
Sonrakı xəbərƏrdoğan: Putin və Zelenski ilə əlaqələri davam etdirmək niyyətindəyəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın