Yunanıstan hakimiyyəti Yunanıstanda akkreditə olunmuş Rusiya Federasiyasının diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşını arzuolunmaz şəxs elan edib.

YALAN.info bildirir ki, bununla bağlı Yunanıstan Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi bəyanatda bildirilir.

“Onlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq arzuolunmaz şəxslər elan ediliblər”, – deyə məlumatda vurğulanır.

Baş katib səlahiyyətlərini yerinə yetirən nazirlik rəsmisi bu qərarla bağlı Rusiya səfirini məlumatlandırıb.

Öncəki xəbərAvstraliya 67 rusiyalıya qarşı yeni sanksiyalar tətbiq etdi
Sonrakı xəbərİsveçrə Rusiyanın 8 milyard dollarlıq aktivlərinə blok qoyub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın