Yaponiya hökuməti Rusiya Federasiyasından daha 21 təşkilatı sanksiyalar siyahısına salmaq qərarına gəlib. Həmçinin kimyəvi silahlarla əlaqəli ola biləcək malların Rusiyaya ixracına qadağa qoyulub.

YALAN.info bildirir ki, bununla bağlı Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Özəlliklə, “Moselektronproekt” ASC, “Etalon” elmi-istehsal birliyi, ASC “Energia” səhmdar cəmiyyəti və b. “qara siyahı”ya salınıb.

Bundan öncə Yaponiyanın daha 20 rusiyalıya qarşı sanksiya tətbiq etdiyi bilinib. Onların arasında iş adamları ilə yanaşı, məmurlar da olub. Ölkə yeni məhdudiyyətləri Ukrayna hadisələri ilə bağlı tətbiq edib.

Yaponiya hökuməti bu vaxta qədər Rusiyadan 398 nəfər və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib. Rusiya Federasiyası Dövlət Dumasının deputatları da məhdudiyyətlərə məruz qalıblar.

Öncəki xəbərAzərbaycan UEFA Millətlər Liqasının son turunda Qazaxıstanı 3-0 uddu
Sonrakı xəbərUkrayna Baş Qərargahı Rusiyanın itkilərinin 57 mini keçdiyini açıqlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın