Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi. Sentyabr ayında isə Xiaomi elektromobil biznesi ilə məşğul olacaq Xiaomi Automobile Co., Ltd şirkətini qeydiyyatdan keçirdi. 2 aydan sonra şirkət daha bir avtomobil şirkətinin qeydiyyatını reallaşdırdı. İndi isə məlum olub ki, Xiaomi öz elektromobillərinin istehsalı üçün nəzərdə tutulmuş fərdi zavoda sahib olacaq. Planlaşdırılan zavod Pekində tikiləcək.

Gözləntilərə görə, bu zavod il ərzində 300 000 ədəd elektromobil istehsal etmək gücündə olacaq. Dövlət tərəfindən dəstəyə sahib Beijing E-Town adlı iqtisadi inkişaf agentliyinin sözlərinə görə, zavod iki mərhələdə inşa ediləcək və artıq 2024-cü ildən başlayaraq elektromobillərin irimiqyaslı istehsallarını işə salmaq mümkün olacaq.

Məhz 2024-cü ildə Xiaomi-nin ilk elektromobil modelləri təqdim edilməlidir. Bundan başqa, Xiaomi elektromobil biznesi üçün nəzərdə tutulmuş baş ofisi, satış ofislərini və Pekinin iqtisadi və texnoloji inkişaf zonasında tədqiqat mərkəzlərini yaratmağı planlaşdırır.

Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Xiaomi öz avtomobil biznesini anons edən zaman şirkət vurğulamışdı ki, növbəti 10 il boyunca bu sahəyə toplam 10 milyard dollar investisiya yatırılacaq. Xiaomi-nin avtomobil biznesi ilə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun şəxsən məşğul olur.

MƏNBƏTechnote
Öncəki xəbərKvant səviyyəsində zaman eyni anda həm keçmişə, həm də gələcəyə doğru axa bilər
Sonrakı xəbərLionel Messi yeddinci dəfə “Qızıl top” mükafatını qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın