“X” sosial şəbəkəsi (keçmiş “Twitter”) bütün istifadəçiləri üçün aylıq ödənişə keçir.

YALAN.info bildirir ki, bununla bağlı sosial şəbəkənin rəhbəri, amerikalı iş adamı İlon Mask İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, ödəniş “böyük bot orduları” ilə mübarizə aparmaq üçündür. “Biz bunun çox kiçik ölçüdə ödəniş olmasını istəyirik. Düşünürəm ki, bu, botların böyük ordularına qarşı yeganə müdafiədir. Süni intellekt getdikcə daha çox inkişaf etdir və “kapça”, ya da buna bənzər testləri insanlardan daha yaxşı keçə bilir”, – deyə Mask vurğulayıb.

Qeyd edək ki, “kapça” (“captcha”) – kompüterlər proqramlarını insanlardan ayırmaq üçün tam avtomatlaşdırılmış açıq turinq testidir və kompüter istifadəçisinin insan, yaxsa kompüter proqramı olmasını müəyyənləşdirmək məqsədi daşıyır.

İ.Mask yeniliyin sosial şəbəkə istifadəçilərinə neçəyə başa gələcəyini dəqiqləşdirməyib. Həmçinin ən aşağı ölçüdə ödənişə başqa hansısa özəlliklərin daxil olub-olmayacağı da bilinmir.

Öncəki xəbərSeparatçıların Şuşanı atəşə tutması nəticəsində bir mülki vətəndaş həlak olub
Sonrakı xəbərƏrdoğanın BMT tribunasındakı sözləri alqışlandı: Qarabağ Azərbaycan torpağıdır!
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın