WhatsApp-ın bir az öncə beta testlərində yoxlanıldığı yeni funksiyaları artıq hər kəs üçün aktiv edildi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, yeniliklərə doymayan WhatsApp uyğulaması (application) öz istəfadəçilərini sevindirməyə davam edir. Başlıca olaraq hekayələr özəlliyi ilə tənqid alan və bunu artırarkən yazılı status funksiyasını silən WhatsApp, həddindən artıq qınanmışdı. Keçən günlərdə “Haqqında” bölməsində bu yeniliyi geri qaytaran şirkət, dünən axşam təqdim etdiyi yenilənmə ilə bütün istifadəçilərinə 4 yeni funksiya çatdırır.

İlk olaraq “Haqqında” bölməsinə artırılan və profildə görüləbilən yazılı status seçimini geri gətirən WhatsApp, eyni zamanda paylaşılan videolarda stream özəlliyini gətirərək yükləmədən izləyə bilmə şansı da verir. Eyni zamanda videoları arxa planda yükləmək kimi seçim də var.

Bundan başqa iPhone-dakı 3D Touch-a dəstək gətirən WhatsApp, bu özəlliyi ilə paylaşacağınız şəkili kəsməyinizi asanlaşdırarkən, qaranlıqda şəkil və video üçün isə gecə görünüşü funksiyasını aktiv etdi.

Qısa anda bütün istifadəçilərə çatacaq olan yeni özəllikləri ilə WhatsApp funksionallığı bir az daha artarkən bir mesajlaşma uyğulamasının nə qədər inkişaf edə biləcəyini də görürük.

Məlumat üçün bildirək ki, WhatsApp yazışma uyğulaması istifadəçi sayını rekord həddə – 1 milyarda çatdırıb. Sistem istifadəçilərinin sayı ay ərzində 800 milyon nəfər tərəfindən istifadə edilən Facebook Messengeri ötüb.
Şirkətin son hesablamalarına görə, “WhatsApp” vasitəsilə gün ərzində 42 milyard qısa yazı mesajı, 250 milyon video mesaj göndərilir.
2014-cü ilin fevralında isə tarixin ən böyük alqı-satqısı baş tutub. Hələ o zaman 450 milyon istifadəçisi olan WhatsAppı Facebook şirkəti 19 milyard dollara satın alıb.

2 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın