2021-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 26 419,1 milyon manat, xərcləri isə 27 412,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2020-ci illə qarşılaşdırdıqda uyğun olaraq 7 % və 3,8 % çoxdur. Son nəticədə büdcədə 993,7 milyon manat kəsir yaranıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, iqtisadçı alim Vüsalə Əhmədova Teleqraf.com-a bildirib ki, müharibə xərcləri, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, infrastruktur, şəhərsalma işləri dövlət büdcəsinin xərclərinin kəskin artmasına səbəb oldu.

İqtisadçı müdafiə xərclərinin də 15 % artırıldığına diqqət çəkib: “Pandemiyanın davam etməsi, ölkədə güclü kiçik və orta sahibkarlıq mühitinin formalaşmaması səbəbindən vergi yığımı kifayət qədər deyil. Vergilər üzrə əsas yük dövlət şirkətlərinin üzərinə düşür. Dövlət büdcəsinin gəlirlərini formalaşdıran əsas istiqamətlər əlavə dəyər vergisi, mal idxalına görə ƏDV, aksizlər, gömrük rüsumları, dövlət qurumlarından daxilolmalar təşkil edir.

2021-ci dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat, büdcə kəsirinin yuxarı həddinin isə 3 milyard 116 milyon manat olacağı nəzərdə tutulurdu. 2021-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollardan hesablanmışdı. Məlumdur ki, keçən ilin mart ayından etibarən neftin qiymətində yüksəlmə başladı. İlin sonlarına doğru artıq neftin bir barelinin qiyməti 83 dollara qədər yüksəlmişdi. Nəticədə 993,7 milyon manat büdcə kəsiri yarandı”.

Analitik 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 26 816 000 manat, xərclərinin isə 29 879 000 manat təsdiqləndiyini yada salıb: “Fiskal defisitin 3 063 000 manat olacağı proqnozlaşdırılır. Risklərdən sığortalanmaq üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollardan hesablanıb. Bu il neftin orta qiyməti 68,27 dollar səviyyəsində olacağını nəzərə alsaq, bu da nəzərdə tutulandan artıq gəlir əldə ediləcəyini deməyə əsas verir.

İndi “Azer Light” markalı neftin barelinin qiyməti 90 dollardan yuxarıdır. Bəzi proqnozlara görə bu il neftin qiyməti hətta 125 dollar səviyyəsinə qədər yüksələ bilər. Belə olan halda, dövlət büdcəsinin kəsirində kifayət qədər azalma olacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın