“Kiyev istiqamətində gərginliyin azaldılması başqa məsələlərlə yanaşı ona görə zəruridir ki, burada qərar qəbul etməli olan insanlar var”.

YALAN.info bildirir ki, bunu çərşənbə axşamı Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.

Eyni zamanda o əlavə edib ki, Kiyev və Çerniqov istiqamətində gərginliyin azaldılması atəşkəs demək deyil.

Medinski qeyd edib ki, Kiyevin təklifləri kompromis üçün ilk konkret iradə ifadəsidir.

Medinski əlavə edib ki, RF Silahlı Qüvvələrinin Baş Qərargahı “yaxın gələcəkdə münaqişənin iki istiqamətdə səngiməsinin, ya da deeskalasiyasının nə demək olacağı” ilə bağlı konkret təfərrüatları açıqlayacaq.

Rusiya Kiyev ətrafındakı qoşunlarını geri çəkir

ABŞ kəşfiyyatı artıq Rusiya qoşunlarının bir hissəsinin Kiyev vilayətindən çıxarılmasını müşahidə edir. Bununla bağlı CNN ABŞ administrasiyasındakı yüksək səviyyəli mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin sözlərinə görə, Rusiya batalyonunun taktiki qrupları artıq Ukrayna paytaxtına bitişik bir sıra əraziləri tərk edib. Kəşfiyyat bunu “böyük strateji dəyişiklik” kimi dəyərləndirib.

Eyni zamanda, ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, döyüş şəraiti imkan verərsə, Rusiya qüvvələri hər zaman yenidən əvvəlki mövqelərə yerləşdirilə bilər.

Həmçinin, bəzi Belarus KİV-ləri Rusiya Federasiyasının iri hərbi texnika karvanlarının ikinci gündür Ukraynadan Belarusa hərəkət etdiyini yazır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın