ABŞ prezidenti Co Bayden (Joe Biden) Rusiya və Ukrayna nümayəndə heyətlərinin martın 29-da İstanbulda apardıqları danışıqları və Rusiyanın bundan sonrakı addımlarını yaxından izlədiklərini bildirib.

YALAN.info bildirir ki, bunu dövlət başçısı Ağ Evdə Sinqapurun Baş naziri Li Syanlunla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Bayden jurnalistlərdən birinin “Müharibənin sona yaxınlaşması ehtimalını necə dəyərləndirirsiniz?” sualına belə cavab verib:

“Rusiyanın konkret hərəkətlərini görməyincə mən heç nə deyə bilmərəm. Dediklərini edəcəklər, ya yox, görəcəyik. Bu gün Türkiyədə danışıqlar oldu. Mən NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderlərilə də görüşdüm. Yaşanan hadisələri yaxından izləməyə davam edirik”, – deyə ABŞ prezidenti bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın