Koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı artıq 110 ölkədə aşkarlanıb. Bu ştam “delta” variantından daha sürətlə yayılsa da, nisbətən az ağır ola bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə günü yenilənmiş informasiyasında yer alıb.

“Dekabrın 22-nə olan məlumata görə, “omikron” dünyanın 110 ölkəsində, ÜST-nin bütün altı regionunda aşkarlanıb”, – deyə təşkilatın bəyanatında bildirilir. Qeyd olunur ki, “omikron” ştamı “delta” variantından çox sürətlə yayılır və nisbətən az ciddi ola bilər. Ancaq hələlik vaksinlərin xəstəliyin yüngül keçməsinə nə dərəcədə təsir göstərdiyi bilinmir.

Qeyd edək ki, “omikron” ştamı ilk dəfə noyabr ayında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislərin fikrincə, o, pandemiya dövrü ərzində alimlərin müəyyən etdiyi başqa ştamlara nisbətən daha sürətlə yayılır və çox sayda mutasiyası var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın