Rusiya hərbçiləri Xerson vilayətində görməli yerləri, arxeoloji qazıntıları, kurqanları dağıdırlar.

YALAN.info bildirir ki, bununla bağlı UNESCO-nun keçirdiyi monitorinqin nəticəsindən məlum olub.

Bildirilib ki, təşkilat regionda tarixi və mədəni abidələrin mühafizəsi ilə bağlı monitorinqi aprelin 30-dan mayın 1-dək keçirib.

Məlumata görə, aprelin 30-dan mayın 1-dək Zaporojye vilayətinin Drujbovka kəndindən Nikolayev vilayətinin Davıdov Brod kəndinədək ərazidə monitorinq aparılıb.

“Öncə keçirilən vizual baxış nəticəsində döyüş bölgələrindən kənarda hərbi tarixi abidələrin zərər görmədiyinə dair məlumat əldə edilmişdi. Ancaq işğalçlar yolboyu tarixi arxeoloji abidələri, kurqanları dağıdıblar”, – məlumatda qeyd olunub.

Xersondakı kurqanlar Qara dəniz sahilləri çölündə ən geniş yayılmış qədim dövrə aid abidələrdir. UNESCO müharibə zamanı Ukraynadakı tarixi-mədəni abidələrin qorunması ilə bağlı layihənin yerinə yetirilməsinə başlayıb.

Onu da bildirək ki, kurqanlar Orta Asiyada qədim türklərin məzarlıqlarına verilən addır. Həmin bölgələri qədim dövrlərdə ruslara bağlayan heç bir tarixi bağ yoxdur.

MƏNBƏUNIAN
Öncəki xəbərSabunçuda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu
Sonrakı xəbərBMT: Ukraynalı qaçqınların sayı 5,5 milyondan çoxdur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın