Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynadakı müharibədə itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

YALAN.info bildirir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Belə ki, döyüşlərin başladığı gündən bu yana Rusiya Ordusunun şəxsi heyəti arasında itkilər 21,9 min nəfərə çatıb.

Bundan başqa, hücum edən tərəfin 884 ədəd tankı, 2 258 ədəd zirehli döyüş maşını, 411 ədəd artilleriya sistemi, 149 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 181 ədəd hərbi təyyarəsi, 154 ədəd helikopteri, 1 566 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 201 ədəd dronu, 28 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

“Rəqəmlər daha da dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyinə görə çətinləşir”, – məlumatda vurğulanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın