Ukraynada əsas mövqelərdə Rusiya hərbçiləri ilə toqquşmalar davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnfomrasiya Saytı bildirir ki, bunu Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib.

O qeyd edib ki, döyüşlər, özəlliklə birləşmiş qüvvələrin əməliyyat apardıqları ərazilərdə daha kəskin xarakter daşıyır. Arestoviç Belarus istiqamətindəki rus qoşunlarının Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirdiyini bəyan edib.

Onun sözlərinə görə, Çerniqov istiqamətində döyüşlər Çerniqovun şimalında davam edir. Prezidentin müşaviri bildirib ki, Sumı hələ də Ukrayna Silahlı Qüvvələrinin əlindədir, ancaq rus qoşunları artıq şəhərin şimal məhəlləsindədir.

Eyni zamanda, Arestoviç əlavə edib ki, Ukrayna hərbçiləri Xarkovda ciddi müqaviət göstərir və şəhər təslim olmayıb. Həmçinin, o bildirib ki, rus hərbçiləri Melitopol istiqamətində hərəkət edir. Onlar indiyədək sağ sahilə keçə bilməyiblər və buna görə də Xerson uğrunda döyüşlər davam edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın