Ukraynanın Müdafiə Nazirliyi (MN) fevralın 24-dən martın 6-dək olan müddət ərzində Rusiya Ordusunun itkiləri barədə məlumat yayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna MN-in “Facebook” səhifəsində xəbər paylaşılıb.

Xəbərdə bildirilir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.

Məlumata görə, Rusiya Ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.

MƏNBƏUkrayna Müdafiə Nazirliyi
Öncəki xəbərUkraynada Rusiya Ordusunun əsirləri üçün yeni sayt yaradıldı
Sonrakı xəbərVolodimir Zelenski rusiyalılara rus dilində müraciət etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın