Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilib.

YALAN.info bildirir ki, İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında Helsinki Olimpiya Stadionunda oynanılan görüşü ingiltərəli FIFA referisi Maykl Oliver yönəldib.

Qarşılaşma “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 37-ci dəqiqədə David Alaba və 65-ci dəqiqədə Kərim Benzema vurublar.

5-ci dəfə Superkuboku qazanan “Real Madrid” bu göstəricidə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarına çatıb. İndi bu 3 komanda titula ən çox sahib çıxan kollektivlərdir. Bununla “Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti isə dördüncü Super Kuboku qaldırıb.

Yeri gəlmişkən, Kərim Benzema avqustun 10-da “Real Madrid”də 324-cü qolunu vurub. Beləliklə o, klub tarixinin ən yaxşı bombardiri siyahısında ikincidir. Birinci yerdə 451 qolla portuqaliyalı Kriştiano Ronaldo gəlir. Ancaq Benzema beynəlxalq kuboklara görə “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonu geridə qoyub. Belə ki, bu, Benzema üçün beynəlxalq arenada 14-cü kubok olub. Bu göstərici üzrə lider Kafudur (17). Siyahıda ikinci yerdə Toni Kroos (16), üçüncü yerdə isə Dani Alves (15) gəlir.

UEFA Super Kuboku 2022 (10 avqust, Helsinki Olimpiya Stadionu)

“Real Madrid” (İspaniya)-“Ayntraxt” (Frankfurt, Almaniya) – 2:0

Qollar: David Alaba, 37. Kərim Benzema, 65

Baş hakim: Maykl Oliver

Qeyd edək ki, UEFA qu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyib.

Real Madrid 2:0 Ayntraxt | UEFA Super Kuboku | İCMAL

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın