Türkiyə Şimali Atlantika Alyansına (NATO) üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib.

YALAN.info bildirir ki, “Habertürk”ün verdiyi xəbərə görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb.

“Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq”, – Ərdoğan bildirib. Türkiyə lideri, özəlliklə İsveçin anlaşmanın şərtlərini yerinə yetirmədiyini vurğulayıb.

Öncəki xəbərMəktəbli qızı döyən Lənkəranın icra başçısının müavini işdən çıxarıldı
Sonrakı xəbərAB xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketini anlaşdılar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın