Türkiyə Böyük Millət Məclisi (TBMM) Şuşa Bəyannaməsini təsdiqləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Türkiyə mətbuatına istinadən bildirir ki, Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib.

Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat, əleyhinə isə 11 deputat səs verib.

Onu da bildirək ki, Azərbaycan Respublikasının Milli Məclisi Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləyib.

Yada salaq ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Öncəki xəbərNigeriyada cinayətkarlar keşişi diri-diri yandırıb, oğlunun isə başını kəsib
Sonrakı xəbərİlon Mask insanların Marsa köçürülməsi xərclərini açıqlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın