“Bu gün bütün dünya ABŞ prezidenti Co Baydenin hərəkətləri ucbatından ABŞ-nin necə banan respublikasına çevrildiyini izləyir”.

YALAN.info bildirir ki, bununla bağlı keçmiş ABŞ prezident Donald Tramp deyib.

“Co Baydenin siyasi rəqibinə qarşı strategiyası getdikcə daha radikallaşır və çılğınlaşır. Bütün dünya ABŞ-nin banan respublikasına çevrilməsini seyr edir. Bayden bu plandan əl çəkməli və çox keçmədən onu dayandırmalıdır”, – deyə Tramp “Truth Social” səhifəsində yazıb.

O, həmçinin vurğulayıb ki, onun seçicilər arasında dəstəyi yüksəlir və bəzi yerlərdə rekordlar qırır.

Yada salaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın