Türkiyə Böyük Millət Məclisi (TBMM) Şuşa Bəyannaməsini təsdiqləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Türkiyə mətbuatına istinadən bildirir ki, Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib.

Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat, əleyhinə isə 11 deputat səs verib.

Onu da bildirək ki, Azərbaycan Respublikasının Milli Məclisi Şuşa Bəyannaməsini fevralın 1-də təsdiqləyib.

Yada salaq ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın