44 günlük Vətən müharibəsinin ilk günlərində DDoS hücumların aktivləşməsi qeydə alınmışdır və bu hücumlar ümumiyyətlə bütün müharibə dövründə aktiv olaraq davam edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Bakıda keçirilən Kibertəhlükəsizlik günü konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə fişinq hücumları da xüsusi nəzərə çarpıb.

“Dezinformasiya hücumları isə demək olar ki, müharibənin əvvəlindən sonunadək dayanmadan müxtəlif istiqamətlərindən özünü göstərdi. Həm vətəndaşlar, həm də dövlət qurumları hədəfə alınırdı. Dövlət informasiya resurslarına 44 gün ərzində 2 678 kiberhücum cəhdinin qarşısı alındı”, – T.Məmmədov bildirib.

KİMHüseyn Vəliyev
MƏNBƏAPA
Öncəki xəbərDünya şöhrətli Xalq rəssamı Əşrəf Heybətov Azərbaycan vətəndaşlığı aldı
Sonrakı xəbərNaftali Bennet müttəfiq ölkələri İranın nüvə şantajına təslim olmamağa səslədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın