İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

YALAN.info bildirir ki, hüquq-mühafizə orqanlarına könüllülərin qəbulu başlayıb.

Daxili cəbhə komandanlığı Qüdsdə, İsrailin mərkəzi və cənubunda məktəbləri bağlayıb. İsrailə hücuma keçmiş yaraqlılarda döyüşlər sərhəd yaşayış məntəqələrində gedir. Həmçinin qarşıdurmaların Şərqi Qüdsdə olduğu qeyd edilir.

Onu bildirək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Son məlumatlara görə, HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, yaralananlar isə 740 nəfərdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın