Populyar “Twitter” sosial şəbəkəsinin təsisçisi və baş direktoru Cek Dorsi (Jack Dorsey) vəzifəsindən gedib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Cek Dorsi bununla bağlı yayılan xəbərləri bazar ertəsi öz Twitter səhifəsində təsdiqləyib.

“Mən qərara gəldim ki, sonunda [vəzifəni] tərk etmək vaxtı gəlib çatdı”, – Dorsi öz açıqlamasında deyir. O əlavə edib ki, Twitter-in baş direktoru Paraq Aqraval bazar ertəsindən başlayaraq baş direktor vəzifəsini yerinə yetirəcək. Şirkətin açıqlamasında bildirilir ki, Aqravalın baş direktor təyin edilməsi qərarı Twitter-in idarə heyətinin üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Eyni zamanda vurğulanır ki, Dorsi ən azı 2022-ci ilin mayında şirkətin səhmdarlarının növbəti toplantısına qədər direktorlar şurasındakı üzvlüyünü qoruyub saxlayacaq. “Bundan sonra mən də oradan gedəcəm”, – Dorsi deyir.

“Mən bir şirkət üçün onun təsisçilərinin rəhbərlik etməsinin nə qədər önəmli olduğu haqqında çoxlu söhbətlər eşidirəm. Amma mənə elə gəlir ki, bu, onu əhəmiyyətli dərəcədə məhdudlaşdırır və şirkəti uğursuzluğa düçar ola bilər”, – deyə Twitter-in qurucusu izah edib: “Düşünürəm ki, mən Paraquya rəhbərlik etməsi üçün lazım olan nə varsa verməliyəm”.

Dorsi bildirib ki, baş direktor vəzifəsini tərk etmək qərarı onun üçün asan olmayıb, ancaq o, istefa verməkdən xoşbəxtdir. “Bəzi rəhbərlər şirkətin mənafeyini öz maraqlarından üstün tutur. Bilirəm ki, bu addımın düzgünlüyünə əmin olacağıq”, – deyə o, yekunlaşdırıb.

İstefanın səbəbləri və digər təfərrüatlar açıqlanmayıb.

Twitter – istifadəçilərə qısa mesajlar mübadiləsi, sorğular təşkil etmək, şəkillər və videolar yayımlamaq imkanı verən sosial şəbəkədir. Onu Amerikanın Odeo şirkətinin əməkdaşları Cek Dorsi, Noah Qlass, Evan Uilyams və Biz Stoun yaradıb. Ondakı ilk yazı (“Just set up my Twitter”) 21 mart 2006-cı ildə Dorsi tərəfindən dərc edilib. Bu ilin mart ayında o, bu paylaşımı hərracda 2,9 milyon dollardan baha qiymətə satıb.

Dorsi 2006-2008-ci illərdə Twitter-in baş direktoru vəzifəsində çalışıb və 2015-ci ildə geri qayıdıb. Forbes jurnalı onun sərvətini 11,8 milyard dollar qiymətləndirir. Bu ilin üçüncü rübünün məlumatına görə, dünyada hər gün orta hesabla 211 milyon insan Twitterdən istifadə edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın