Artıq Telegram öz reklam platformasının istifadəyə verildiyini elan edib. Sözügedən platforma promote.telegram.org saytında artıq aktivdir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, messencerin reklam platforması hələlik test rejimində çalışır.

Faktiki olaraq Telegram-da indi də reklam elanları ilə qarşılaşmaq olar. Sadəcə olaraq indiki reklam elanları messencerdəki kanalların müəllifləri tərəfindən yerləşdirilir və onlar adi mesaj formatındadırlar. Pavel Durov isə öz messencerində rəsmi reklam elanları formatını söz verir. Bu reklam elanları istifadəçiləri bezdirməyəcək və onlar üçün mümkün qədər rahat olacaq. İlk növbədə qeyd etmək gərəkdir ki, reklam elanları fərdi və qrup çatlarında əks olunmayacaq.

Reklam elanları yalnız kanallara inteqrasiya ediləcək. Söhbət, 1000 nəfərdən çox abunəçisi olan kanallardan gedir. Bununla yanaşı reklam elanı kanalın fəaliyyət sahəsini əhatə edəcək. Həmçinin reklam elanları özəl moderasiya prosesindən keçəcək.

Verilmiş məlumata görə, reklam elanlarının həcmi böyük olmayacaq. Belə ki, onlar sadəcə olaraq 160 simvoldan ibarət olacaqlar və özlərində heç bir link, ya da fotonu birləşdirməyəcəklər. Reklam elanları kanaldakı bütün paylaşımlara baxılandan sonra istifadəçiyə təqdim ediləcək.

Bundan başqa Telegram bu məsələdə istifadəçilərin məlumatlarından istifadə etməməyi və onların məlumatlarının gizli saxlanılacağını söz verib. Bu isə o deməkdir ki, hər hansı bir reklam elanının tərkibi bu, ya da başqa istifadəçinin üstünlüklərinə əsaslanmayacaq.

Nəticədə reklam elanı yalnız kanalın fəaliyyət sahəsini əhatə edəcək. Telegram həmçinin istifadəçilərin reklam elanına tıklayıb-tıklamadığını da izləməyəcək.

İndi Telegram Ad Platform test rejimində çalışır. Gələcəkdə isə Telegramın reklam elanlarından əldə ediləcək vəsaitin bir hissəsini kanal müəllifləri ilə bölüşəcəyi gözlənilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın