Rezeda Ganiullina adlı Tatarıstanlı müğənninin Bolqarıstanın Bulqar şəhərindəki Ağ Məscid önündə çəkdirdiyi klip Rusiyada etirazlara səbəb olub. Canım (Жаным) mahnısının klipi isə Tatarıstan Respublikasında qadağan olunmuş ilk video-klip kimi tarixə düşüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytından bildirilir ki, mahnı internetdə yayımlandıqdan sonra izləyicilərin çoxu müğənnini həm özünü, həm də tatar xalqını biabır etməkdə günahlandırıblar və klipi “Allahın evi qarşısında striptiz” adlandırıblar.

Rusiyada aidiyyəti qurumlar olayla bağlı araşdırmaya başlayıblar. Rezedanın mahnıda insan və din azadlığı haqqında mesaj verməsi də diqqət çəkir. Tatarıstan müftisi Kamil Samiqullin klipin çəkildiyi Bolqarıstan torpaqlarının tatar xalqı üçün müqəddəs olduğunu deyib:

“İslam adətlərimiz başlanğıclarını buradan götürürlər. Müğənnilər məscidlərimizə gəlsinlər. Qapılarımız hər kəsə açıqdır. Amma məscidə dua etmək və təmizlənmək üçün gəlsinlər”.

Müğənniyə “İnanclıların duyğularını təhqir etmək”-lə bağlı cinayət işi açıla bilər.

Rezeda Ganiullina verdiyi açıqlamasında gözəl bir saray qarşısında klipə çəkilmək onun uşaqlıq arzusu olduğunu bildirib. İstəməyərək belə bir qarışıqlıq saldığına görə inananlardan üzür istəyən müğənni ərəb göbək rəqsinin striptiz olmadığını deyib.


Резеда Ганиуллина – Жаным (Rezeda Ganiullina – Canım)

Öncəki xəbərElmar Məmmədyarov AB nümayəndəsi Federika Mogerinilə görüşdü
Sonrakı xəbərİşləyərkən musiqi dinləmək olarmı?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın