Daha bir azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Nights” turnirində qələbə qazanıb.

YALAN.info bildirir ki, gecənin ikinci əsas döyüşündə “Tank” ləqəbli Tahir rusiyalı Maksim Butorinlə döyüşüb.

25 yaşlı idmançımızın üstünlüyü ilə başa çatan görüşdə son qərarı hakimlər verib. Hakimlərin yekdilliklə verdiyi qərarla Tahir Abdullayev qalib elan edilib. Bu, onun karyerasında 13-cü, ardıcıl 7-ci qələbəsi olub.

Yada salaq ki, gecənin əsas döyüşündə Nəriman Abbasov dağıstanlı Marif Pirayevə qalib gəlməklə beşinci dəfə kəmərə sahib çıxıb. Döyüşdən öncə özünə “Bayraktar” ləqəbini götürən Nəriman təşkilatçılara ilin sonunda Bakıda döyüş keçirməyi təklif edib.

ТАНК против СИБИРЯКА / Тахир Абуллаев vs. Максим Буторин / Tahir Abdullaev vs. Maxim Butorin
Öncəki xəbərAzərbaycanın nümayəndəsi BMT Baş katibinə ermənilərin cinayətlərini ifşa edən məktub göndərib
Sonrakı xəbərFinalda Rumıniyanı 1-0 udan Azərbaycan millisi Minifutbol üzrə Avropa Çempionu oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın