Siyasi qalmaqal böyüyür: ABŞ Prezidenti Co Bayden Vladimir Putini hədələdi

“Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən seçkiyə müdaxiləsinin bədəlini “ödəyəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib.

Məlumata görə, ABŞ kəşfiyyatının martın 16-da açıqlanan hesabatında Moskva keçmiş prezident Donald Trampı dəstəkləməyə çalışmaqda, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə “nifaq toxumu səpməkdə” günahlandırılır.

Seçkilərə İran, “Hizbullah” və Kubanın da müdaxilə etməyə çalışdığı bildirilib. Hesabatda Çinin ABŞ-dakı seçkiyə müdaxilə etmədiyi də vurğulanıb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ABŞ-dakı seçkiyə müdaxilə etmədəyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin Cozef Baydenə cavab verdi

“Mən ona – “sağlam ol”, – deyərdim. Başqa insanları və ölkələri dəyərləndirməzdən öncə güzgüyə baxmaq gərəkdir. Adımı sənə qoyum, səni yana-yana qoyum”, – deyə V.Putin bildirib.

Ağ Evdən açıqlama: Bayden Putini niyə qatil adlandırdı?

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin haqda söylədiyi sözlərin məcazi olub-olmadığı barədə suala cavab verməkdən imtina edib.

“Əlavə edəcək bir şeyim yoxdur”, – deyə Psaki Baydenin sözlərinin metafora olub-olmadığı soruşulduqda deyib.

O əlavə edib ki, Bayden əvvəllər də Rusiya rəhbərliyi ilə birbaşa təmaslarda, ya da ictimaiyyət qarşısındakı çıxışlarında mövqeyini qəti şəkildi bildirb, geri çəkilməyəcəyini söyləyib.

Kreml: Cozef Bayden Vladimir Putin barədə çox pis ifadə işlədib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 18-də C.Baydenin rusiyalı həmkarı V.Putin barədə dediklərinə münasibət bildirərkən söyləyib:

“ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putin barəsində çox pis ifadələr işlədib. Rusiya belə qənaətə gəlib ki, ABŞ lideri Moskva ilə münasibətləri normallaşdırmaq istəmir”.

Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Moskvaya çağırılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova səfirin ABŞ-Rusiya münasibətlərinin analizi üçün məsləhətləşməyə çağırıldığını vurğulayıb.

“Moskva Vaşinqtonla münasibətlərin pisləşməsinin qarşısını almaqda maraqlıdır”, – Zaxarova bildirib.

Ağ Ev: Bayden Putinlə bağlı sözlərinə görə təəssüflənmir

Ağ Evin mətbuat katibi Ceyn Psaki “ABC” telekanalının jurnalistinin “ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi açıqlamalara görə təəssüflənirmi?” sualına cavabında bildirib: “Yox. Prezident birbaşa suala birbaşa cavab verib”.

Bundan başqa, o əlavə edib ki, Ağ Ev rəhbəri “sözdə də, əməldə də geri çəkilməyəcək”.

Ərdoğan Putinə görə Baydeni qınadı: Qəbuledilməz, həzmolunmazdır

Olaya münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Bu, dövlət başçısına yaraşmayan ifadədir. Bir prezidentin durub Rusiya kimi dövlətin başçısı haqqında belə bir ifadə istifadə etməsi qəbuledilməz, həzmolunmazdır. Fikrimcə, cənab Putin çox ağıllıca, şık şəkildə gərək olanı edib”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir