2020-ci ilin 9 ayı ərzində Şahdəniz yatağından 13,3 milyard standart kubmetr qaz, həmçinin, 2,7 milyon ton və ya 21,6 milyon barel kondensat hasil edilib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, bu, yatağın “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə hasil olunan qaz və kondensat həcmidir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü indi gündəlik 56 milyon kubmetr, illik isə 20 milyard kubmetrdir.

Əlavə olaraq bildirilib ki, müvafiq dövr ərzində Şahdəniz üzrə fəaliyyətlərə 620 milyon dollara yaxın əməliyyat xərcləri və 719 milyon dollar əsaslı xərclər çəkilib. 

Qeyd edək ki, bu dövr ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan (BTC) şirkətinə qaz çatdırılıb.

Öncəki xəbərBaku TV-nin Xüsusi Reportajı: Xocalının böyüyən üzü
Sonrakı xəbər“Asan İmza” sertifikatlarının onlayn alınması üçün yeni elektron xidmət yaradılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın