“Birləşmə və hissələrdə döyüşə hazırolmanın qəfil yoxlanılması” planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən bölmələr yoxlanılır. Növbəti dəfə tank bölmələrindən biri qəfil yoxlanılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Verilən məlumata görə, yoxlanılan tank bölməsi “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılıb. Səhra döyüşü idarəetmə məntəqəsində müdafiə və hücum əməliyyatları planlaşdırılıb, müxtəlif fəaliyyətlər üzrə hesabatlar aparılıb və bölmənin tapşırıqları dəqiqləşdirilib.

Tank bölməsinin uzaq məsafələrə yüksək templə hücum etmək imkanlarının qiymətləndirildiyi qəfil yoxlamada hücum edən bölmələrin dəstəklənməsi, düşmənin atəş nöqtələrinin məhv edilməsi və müdafiə sisteminin yarılması  tapşırıqları yerinə yetirilib.

Yoxlama zamanı əsas diqqət hədəfləri dəqiqliklə məhv etmək, düşmən piyadalarının əhvalını çökdürmək və düşmənin atəş zərbələrindən qorunmaq vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Plana uyğun olaraq başqa bölmələrdə də döyüşə hazırolmanın qəfil yoxlanılması davam etdiriləcək.

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən tank bölmələrindən biri qəfil yoxlanılıb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın