Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi “Ənsar Allah” (Husi) hərəkatının Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti “Saudi Aramco”nun neft anbarlarına raket zərbələri endirməsinə münasibət bildirib.

YALAN.info bildirir ki, SƏ Energetika Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, Ənsarullah hərəkatının “Saudi Aramco”nun neft anbarlarına endirdiyi raket hücumundan sonra artıq Səudiyyə Ərəbistanı dünya bazarında neft tədarükünün çatışmazlığına görə məsuliyyət daşımayacaq.

Bildirək ki, bir neçə saat öncə “Saudi Aramco”nun neft anbarlarına endirilən raket zərbələrindən sonra “Brent” markalı neftin barelinin qiyməti 120 dollara yüksəlib.

Huge explosion in Jeddah as ‘Saudi Aramco storage facility is hit’
MƏNBƏTASS
Öncəki xəbərAzərbaycan millisi De Byazi ilə Maltaya da uduzdu
Sonrakı xəbərQarabağdakı qanunsuz erməni silahlıları geri çəkilməyə məcbur edilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın