Martın 26-sı səhər saatlarında Qarabağ iqtisadi rayonunda dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qanunsuz erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə çalışıblar.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Dərhal görülən tədbirlər nəticəsində qanunsuz erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur ediliblər. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Baş vermiş insidentlə bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın