“Qazprom” şirkəti Moldova ilə qaza görə cari ödənişlərin 100 % yerinə yetiriləcəyi şərti ilə müqavilə bağlayıb. Növbəti müddət noyabrın 22-də bitdi, bu səbəbdən şirkət ödənişləri almayacağı təqdirdə 48 saat sonra respublikaya qaz tədarükünü dayandıracaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Rossiya-24” telekanalının efirində Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Sergey Kupriyanov deyib.

“Moldovanın iqtisadi və maliyyə sahələrindəki çox mürəkkəb şəraiti nəzərə alaraq və Moldovaya “Qazprom”a olan borc öhdəliklərinin ödənilməsi imkanının yaradılması, eləcə də Moldova tərəfinin dəfələrlə kömək üçün müraciət etdiyi Rusiya prezidentinin mövqeyi rəhbər tutularaq, “Qazprom”, demək olar ki, Moldova tərəfinin şərtləri ilə müqavilə bağlayıb, ancaq orada əhəmiyyətli, vacib maddə var: Moldova qaza görə cari borclarını vaxtında və 100 % həcmdə ödəyir”, – Kupriyanov deyib.

“Qazprom” və “Moldovaqaz” oktyabrın 29-da müqaviləni 1 noyabrdan etibarən 5 il müddətinə uzadıblar. Rusiya şirkətindən bildirilib ki, tərəflər qaz sahəsində cari məsələlərin tənzimlənməsi üzrə protokol imzalayıblar, razılaşmanın uzadılma şərtləri isə qarşılıqlı sərfəlidir.

Moldova hökuməti isə öz növbəsində bildirib ki, yeni müqavilədə onların təklif etdiyi formuldan istifadə olunacaq. Bundan başqa, “Moldovaqaz”ın “Qazprom”a borcunun 2022-ci ildə auditi keçiriləcək və peni (gecikmə rüsumu) nəzərə alınaraq beş il ərzində ödəniləcək.

Yaxın dəqiqələrdə “Moldovaqaz” bəyanat yayaraq bildirib ki, Moldova hökumətinin köməyi ilə “Qazprom”la olan problemi tezliklə aradan qaldıracaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın