Rusiyanın məşhur “Exo Moskvı” radiosu bağlanır, internet saytı isə ləğv edilir. Bununla birlikdə “Dojd” telekanalı da öz fəaliyyətini müvəqqəti dayandırır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktov və “Dojd” telekanalının baş direktoru Natalya Sindeeva məlumat yayıb.

“Qərar “Exo Moskvı”nın Direktorlar Şurasının səs çoxluğu ilə qəbul edilib” – deyə Aleksey Venediktov vurğulayıb. “Qazprom-Media” holdinqin mətbuat xidməti də məlumatın doğru olduğunu bildirilib.

“Bu gün bütün komanda ilə bir araya gəldik, kimsə ofisdə, kimsə “Zoom”da idi və bundan sonra nə edəcəyimizə qərar verdik. Həyatımızda heç vaxt belə çətin qərar olmayıb”, – deyə “Dojd” telekanalının baş direktoru Natalya Sindeeva üzülüb.

Öncəki xəbərVaaqn Xaçatryan Ermənistan Respublikasının yeni prezidenti seçildi
Sonrakı xəbərABŞ Peskovla birlikdə 66 nəfəri “qara siyahı”ya salıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın