BMT Baş Assambleyası böyük səs çoxluğu ilə beynəlxalq insan hüquqları təşkilatının aparıcı orqanında Çexiyanın Rusiyanı əvəzlənməsinə səs verib.

YALAN.info bildirir ki, 47 üzvü olan qurumda boş qalan yer üçün yeganə namizəd Çexiya Respublikası olub.

Belə ki, Cenevrə komissiyasındakı yerlər regional qruplar arasında bölünüb və Rusiyanı əvəz etmək səlahiyyəti yalnız Şərqi Avropa ölkəsində olub.

Çərşənbə axşamı keçirilən gizli səsvermədə Baş Assambleyanın 193 üzvündən 180-i səsvermədə iştirak edib: toplamda 157 ölkə Çexiyaya səs verib, 23-ü isə bitərəf qalıb.

Yada salaq ki, BMT Baş Assambleyası aprelin 7-də Rusiyanı Ukraynaya təcavüz zamanı insan hüquqlarının kobud şəkildə pozulması səbəbindən İnsan Hüquqları Şurasının üzvlüyündən çıxarıb. Layihənin lehinə 93, əleyhinə 24 ölkə səs verib. 58 ölkə isə bitərəf qalıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın