Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

YALAN.info bildirir ki, imzalanmış sərəncama uyğun olaraq hökumətin tərkibinə aşağıdakı şəxslər daxildirlər:

  • Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
  • Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
  • Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev;
  • Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;
  • Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
  • Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;
  • Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
  • Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
  • Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
  • Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;
  • Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;
  • Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
  • Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;
  • Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
  • Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;
  • Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
  • Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;
  • Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;
  • Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;
  • Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;
  • Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
  • Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;
  • Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;
  • Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;
  • Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;
  • Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;
  • Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;
  • Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;
  • Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın