9 may – Qələbə günü tarixi Ukraynadakı müharibənin taleyi ilə bağlı “əlamətdar” tarixə çevrilə bilər.

YALAN.info bildirir ki, CNN-in öz mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin sözügedən tarixin əhəmiyyətindən də istifadə edərək önəmli açıqlama verə bilər.

Bu, hansısa bir uğurun qazanılması, hərbi əməliyyatların daha da şiddətlənməsi, ya da başqa bir açıqlama ola bilər. Gözlənilən variantlar arasında ən güclüsü Rusiyanın 9 mayda Ukraynaya rəsmi şəkildə müharibə elan etməsidir. Belə ki, faktiki olaraq müharibə getsə də, Rusiyada bunu “xüsusi hərbi əməliyyat” adlandırırlar.

Rusiya Ordusunun əlavə qüvvələrə ehtiyacı olduğu bir vaxtda Ukraynaya rəsmi şəkildə müharibə elan etmək Kremlin səfərbərlik elan etməsinə və ehtiyaclarını təmin etməsinə zəmin yarada bilər.

Mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək ehtimalının olub-olmaması sualını cavablandıran Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov vurğulayıb: “Yox”. “Bu cəfəngiyatdır”, – deyə təkrar edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın