Rusiya xristian və müsəlman ziyarətgahlarının qorunub saxlanmasını qiymətləndirmək üçün UNESCO mütəxəssislərinin tezliklə Dağlıq Qarabağa gələcəyinə ümid edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, TASS-ın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə səsləndirib.

“Ermənistan və Azərbaycan tərəfləri ilə əməkdaşlıq şəraitində UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə hazırlanmış missiyanın yaxın vaxtlarda əraziyə gələ biləcəyini və durumu obyektiv dəyərləndirəcəyini gözləyirik”, – deyə M.Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsinin fikrincə, UNESCO mütəxəssisləri regiondakı xristian və müsəlman ziyarətgahlarının təhlükəsizliyi və indiki durumu ilə bağlı bütün suallara cavab verə biləcəklər.

Öncəki xəbərATƏT-in Minsk Qrupu Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Sonrakı xəbərXocalı aeroportunun sirri: Əlif Hacıyevin ağlasığmaz cəsarəti – erməni generalın heyrəti
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın