Dağlıq Qarabağda təmas xəttində yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “Exo Moskvı” radiostansiyasının efirində deyib.

“Diqqətinizi çəkmək istədiyim önəmli məqam sülhməramlı qüvvələrlə bağlıdır. Söhbət Rusiya Federasiyasının sülhməramlı qüvvələrindən gedir. Bəyanatın mətni yayımlandıqdan sonra heç kimin şübhəsi qalmayacaq. Bir daha Rusiya Federasiyası prezidentinin sözlərinə diqqət çəkmək istərdim, söhbət bölgədəki, Dağlıq Qarabağda təmas xətti boyunca yerləşən Rusiya sülhməramlılarından gedir”, – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək. Son məlumatlara görə, Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın